16 C
Baku
Thursday, March 28, 2024

Fırıldaqçılar 3D-printerlə pul çap etdilər

Portuqaliyanın Jornal de Notisias nəşrinin verdiyi məlumata əsasən, Portuqaliya polisi 1 və 2 avroluq qəpik, həmçinin 3D-printer vasitəsilə böyük nominallı banknot çap edən 3 fırıldaqçını həbs edib.

Saxta pulların yaradılması ilə məşğul olan bu 3 nəfər qəpiklərin üzərindəki şəkilləri və detalları dəqiqliklə yarada bilən alət hazırlamışlar. Yaradılan bu saxta pulları orijinalından fərqləndirən yeganə və kiçicik fərq onları çəkisinin yüngül olması və maqnit xassəsinin olmaması idi.

Cinayətkarlar hazırladıqları qəpiklərin bir hissəsini həbs edilməzdən əvvəl reallaşdıra bilmişlər. Portuqaliya polisinin verdiyi məlumata görə, sözügedən bu qəpiklər və banknotlar Şərqi Avropa, Anqola və Mozambikdə dövriyyədə olub.

Son xəbərlər
Digər xəbərlər