15 C
Baku
Sunday, November 24, 2024

Fırıldaqçılar bankı aldatmağa cəhd etdi

Bir hollandiyalı və amerikalı Vatikanın Dini işlər institutuna gələrək borc almaq istəmişlər.

The Telegraph-ın verdiyi məlumata görə polis Vatikanın Dini işlər institutuna (Vatikan bankının rəsmi adı) gələrək fırıldaqçılıq əməlinə yol vermək istəmişlər.

Vatikanın maliyyə polisinin podpolkovniki David Kardianın sözlərinə görə, rəsmi geyimdə olan fırıldaqçılar bankın qarşısında dayanan İsveçrə ordusunun əsgərlərini inandırmağa çalışmışlar ki, kardinal onları gözləyir. Kardia həmçinin əlavə etmişdir ki, orta yaşlı hollandiyalı və amerikalı bir neçə araşdırmadan dərhal sonra Vatikan qüvvələri tərəfindən həbs edilmişdir. Belə aydın olur ki, bankda əcnəbilər üçün heç bir görüş təyin edilməyib. Bundan əlavə, belə məlum olur ki, onlar heç bankın müştərisi belə deyillər.

Verilən məlumatlara görə, fırıldaqçılar üzərində axtarış aparılarkən onların üzərindən mövcud olmayan italyan şirkətinə məxsus qiymətli kağızlar tapılmışdır. Saxlanılan şəxslər bu istiqarazları banka təqdim etmək niyyətində idilər. Kardia həmçinin bu istiqrazların dəyərinin 3 trilyon avro dəyərində olduğunu bildirmişdir.

Tədqiqatçılar fırıldaqçıların bu istiqrazlarla Vatikan bankında kredit xətti açmaq istədiklərini güman edirlər. Hazırda sözügedən bu araşdırmaya italyan mütəxəssisləri də qoşulmuşlar.

Kardianın sözlərinə görə, saxlanılan şəxslər bir sıra Asiya ölkələrində də oxşar cinayətlərdə şübhəli bilinirlər. Hazırda onlar azadlıqda olsalar da, ölkəni tərk edə bilməzlər.

Son xəbərlər
Digər xəbərlər