14 C
Baku
Saturday, April 27, 2024

Firmanın daxili sabitliyinin hesablayıcısı

Müəllif: Yuriy Yuryeviç Ekaterinoslavskiy, iqtisadi elmlər doktoru, professor, sərmayə sahəsinin mütəxəssislərinin Dövlət Akademiyasının idarəetmə kafedrasının müdiri, Rusiya istehsalçılar və sahibkarlar birliyinin məsləhətçisi.

Yaxşı zamanlarda riski unutmaq asandır. Optimizm ən ayıq başları da sərxoş edir, axı bazarlar, gəlirlər, mədaxillər, əmək haqqları və mükafatlar – hamısı artır! Yeni insanlar gəlir, yeni qüvvələr mənimsənilir, ideyalar göydəcə tutulur, insanlar vəzifələrində irəli gedir. Lakin məhz bu zamanlarda rəhbərlər doğulan problemlərin ən ilkin simptomlarına qarşı çox həssas olmalıdırlar. Məhz müvəffəqiyyət bizi xarici məhdudiyyətlərə yaxınlaşdırır, təhlükəli zonalara gətirir, yırtıcıların diqqətini cəlb edir.

Lakin təhlükə təkcə xaricdən gəlmir. Uğur daxili münaqişələri qızışdırır, qürurluluğa, özünəarxayınlığa, tənbəlliyə və s. gətirib çıxarır. Uğur inkişaf etdikcə, rəhbərlərin getdikcə artan diqqətinin və işinin bir hissəsi inkişafdan ünsiyyət xəttlərinin qurulmasına, arxa cəbhəyə və kəşfiyyata yönəlir. Həyat dövriyyəsinin terminologiyasında yüksəlmə dövrlərində daxilən yeni həyat dövriyyəsinə texnoloji keçidi hazırlamalıdırlar.

Harvard Biznes məktəbinin professoru Robert Simmonsun ideyaları firmanın daxili sabitliyinin hesablayıcısını işləyib hazırlamağa imkan verdi. Onun köməyilə rəhbərlər şirkətdə münaqişələrə və dinamik inkişaf pozuntularına gətirib çıxara biləcək potensial gərginliklərin diaqnostik informativ nöqtələrini və konturlarını skan edə bilərlər. Konkret firmanın xüsusiyyətlərindən və həyat dövriyyəsinin cari mərhələsindən asılı olaraq bu nöqtə və konturlarda gərginlik çox alçaq və çox yüksək ola bilər.

Lakin başlıcası ondan ibarətdir ki, bu və ya digər nöqtədə “qeyri-düzgün” və ya “aydın olmayan” gərginliyin aşkarlanması bəzən təcili olan idarəedici düzəliş tədbirləri tələb edir. Ən sadə halda hesablayıcı , gərginliyin 3 konturuna müvafiq olan 3 sıra “klaviş”dən ibarətdir:

1. artım;
2. korporativ mədəniyyət;
3. informasiya idarəetməsi.

Bu hesablayıcının hər klavişində 10 ballıq şkala üzrə qiymət qoymaq lazımdır. Nəticələr sətirlər, sonra isə sağda ən kənardakı sütun üzrə toplanır və sağ aşağı reqistrdə firmanın daxili riskliliyinin ümumi qiymətini verir.

Təcrübədə hesablayıcı daha nəhəng ola bilər, belə ki, konkret firmanın xüsusiyyət və tələblərinə müvafiq olaraq potensial gərginliyin digər nöqtə və konturları da daxil edilə bilər.Burada biz uğurla inkişaf edən firmalar üçün hesablayıcının baza versiyasını nəzərdən keçirəcəyik.

Doldurulma təlimatı

Firmanızda işlərin vəziyyətini 10 ballıq şkala üzrə hesablayıcının 9 hücrəsindən hər birində qiymətləndirin (0-çox aşağı, 10-çox yüksək). Qiymətləri sətirlər üzrə toplayın və məbləğləri hər sıranın sol hücrəsində yazın. Sağ sütunun göstəricilərini toplayın və məbləği cədvəlin aşağı hücrəsində yazın.

Artım

İş nəticələrinin tələbat dərəcəsi

+

Bütövlükdə firmanın ekspansiya tipi

+

Əsas işçi heyətin təcrübə səviyyəsi

=

Artımın risklilik göstəricisi (məbləğ)

Korporativ mədəniyyət

Təşəbbüskarlığın cəzalandırma səviyyəsi

+

Pis xəbərlərə müqavimət səviyyəsi

+

Daxili rəqabət səviyyəsi

=

Korporativ mədəniyyətin risklilik səviyyəsi (məbləğ)

İnformasiya idarəetməsi

Transaksiyaların mürəkkəblik və sürətlilik səviyyəsi

+

İşin gedişatının diaqnostikasında qırılmaların olması

+

Desentralizasiya və qərar qəbuletmə dərəcəsi

=

İnformasiya riskliliyinin göstəricisi

 

“cəmi” daxili risklilik göstəricisi (məbləğ)

 

Hazırda müvəffəqiyyətlə çalışan firmada da problemlər yarada bilən inkişaf gərginliyindən başlamaq lazımdır: işin nəticələrinə tələbat səviyyələri, ekspansiya templəri, əsas işçi heyətinin təcrübəsizlik səviyyəsi. Bu gərginliklər xüsusən gənc, səbatsız firmalar üçün təhlükəlidir. Onların gənc və ambisiyalı rəhbərliyi bütün əməkdaşlardan yüksək iş nəticələri tələb edir. Bu ona gətirib çıxara bilər ki, işçilər yüksək riskə gedə bilərlər. Bu, nəticəni nəyin bahasına olursa olsun, hətta etik və hüquqi sərhədləri keçməklə belə əldə etməyə gətirib çıxarır, məsələn, yeni müştərilərin cəlb olunmasının cari göstəricilərini artırmaq xətrinə geri qaytarması ehtimalı az olan müştərilərə kreditlər verilə bilər. Yalnız ali rəhbərliyin ideya irəli sürməsi və tətbiqi də izafi gərginliyin əlaməti kimi çıxış edə bilər. Aşağılar məhz bu anda “müvafiq olmağa” cəhd edərək yalnız gərginləşirlər. Daha bir belə əlamət – ən yüksək göstəricilər əldə edən əməkdaşlara və şöbələrə ali rəhbərliyin daha çox həvəsləndirici münasibət göstərməsidir. Əgər orta səviyyəlilərlə ən yüksəklərin həvəsləndirilməsi arasında fərq çox böyükdürsə, o zaman inkişaf gərginliyi yüksək, müvafiq olaraq 1-dən 10-adək yüksək ball olacaq.

Hesablayıcının inkişaf riskləri ilə əlaqədar olan ikinci klavişi firma əməliyyatlarının artım tempini göstərir. Təbii ki, əlverişli şəraitdə yeni istehsal məkanları, satış kanalları, biznes xəttləri və s. lazımdır. Lakin bütün bunlar ayıq hesablama tələb edir. Başlıca sual: biz dövriyyələri həddən çox cəld inkişaf etdirmirikmi? Belə artım üçün bizim kifayət qədər ehtiyatımız varmı? Cavabların mənfi olmasına şübhələr nə qədər çoxdursa, bu parametr üzrə risk qiymətləndirilməsi də bir o qədər yüksəkdir.

Artımın üçüncü klavişi — işçilərin ixtisaslaşmasıdır(xüsusən idarəetmə aparatında). Tez inkişaf edən şirkət öz tərkibinə nibətən çox yeni işçilər qəbul edir, bu da işçilərin ixtisaslaşmasının “azalmasına” və müvafiq olaraq istehsal olunan məhsul və xidmətlərin keyfiyyətinin azalmasına, qəzaların artmasına, sonradan isə firmanın rəqabət üstünlüklərinə zərər vurulmasına səbəb olur. Yüksək qiymətləndirmə də burada həmçinin təhlükəlidir.

Klavişlərin ikinci sırası- mədəniyyətdir. Bu ilk öncə firmadakı insanların bir-birilə münasibətləridir. Təşəbbüskarlığın və zirəkliyin həvəsləndirilməsi ölçüsündə olmalıdır. Rəhbərliyin pis xəbərlərə(həyəcan siqnalları) həddən çox diqqət göstərməsi işdə impuls və optimizmi parçalayır. Pisliklərə həddən az diqqət göstərilməsi də riskə həssaslıq həddini azaldır. İşdə yarışma- yaxşıdır, lakin eyni kollektivin əməkdaşları arasında sərt rəqabət dağıdıcı ola bilər. Həddən çox yüksək qiymətlər yüksək risklilikdən xəbər verir.

Risk hesablayıcısının klavişlərin üçüncü sırası firmada məlumatlandırma işinin adekvatlığını qiymətləndirir. Bu hesablayıcı vasitəsilə alınan nəticələrə bir çox firma rəhbərlərinin və biznes məktəbi dinləyicilərinin tipik reaksiyası- təəccübdür. Lakin bir qədər düşündükdən sonra rəhbərlər çox halda alınmış nəticələrlə razılaşır və risk idarəetmə proqramının işlənməsində aktiv iştirak edirlər. Məsələn, müəssisənin rəhbəri başa düşə bilər ki, yeni sexin işə salınması üçün hələ tezdir, lakin bundan ötrü narahat olmağa dəyəcək dərəcədə yox. Lakin risk hesablayıcısı vasitəsilə alınmış izafi gərginliyin eyni zamanda bir neçə nöqtədə sinerjik təsiri bu tələskənliyi maliyyə baxımından çox təhlükəli edir.

Hesablayıcı daxili risklərin diaqnostikası üçün bir neçə üsulla istifadə edilə bilər:

• Birincisi, müxtəlif səviyyəli rəhbər qruplarında və müxtəlif bölmələrdən olan rəhbər qruplarında ayrılıqda tətbiq oluna bilər. Alınmış nəticələr müqayisə edilir, ciddi ziddiyyətlərin səbəbləri təhlil olunur.
• İkincisi, hesablayıcı vasitəsilə dövri tədqiqatlar apararaq və alınmış nəticələri müqayisə edərək təşkilatın zaman ərzində risk trayektoriyasını aşkara çıxarmaq olar. Bu trayektoriya təşkilat özünün müxtəlif hissələri ilə təhlükəli zonalara tərəf hərəkət edir.
• Üçüncüsü, risk hesablayıcısının tətbiqi təkcə anonim olmaya da bilər. Daxili risklərin qiymətləndirilməsində iştirak edən əməkdaşlar özlərini suallara cavab verməklə identifikasiya etdikləri halda, onların cavablarını saxlamaq, müxtəlif əməkdaşların cavablarını müqayisə etmək, bu əməkdaşın bir vəzifədən digərinə keçdikdə qiymət dəyişikliklərinin xarakterini öyrənmək olar.
• Dördüncüsü, risk hesablayıcısının köməyilə alınmış göstəriciləri təkcə sətirlər üzrə deyil, təşkilatda gərginliyin bütün əlamətləri üzrə təhlil etməyə imkan verir. Belə analiz iki və daha çox nöqtədə eyni zamanda baş verən gərginlik səbəbindən əmələ gələn sinerjik problemləri aşkara çıxarmağa imkan verir.

Aydındır ki, hesablayıcıya oxşar alətlərin istifadəsi bu 4 üsulla bitmir. Firmanın daxili riskliliyinin sıradakı meyarlarından da istifadə etmək məsləhət görülür:

• Əgər yekun qiymət 18-40 bal arasındadırsa, firmanın daxili riskliliyi yüksək deyil, lakin ola bilsin ki, firmanın aktivləri və onun potensialı kifayət qədər intensiv istifadə olunmur. İlk baxışda vəziyyət sakit , risklər isə aşağı görünür. Əslində zəif firma, əsaslı dirçəlmədən sadəcə bazardan atılmaq təhlükəsi atındadır.
• Əgər daxili riskliliyin yekun qiyməti 42-68 bal arasındadırsa, vəziyyət ümumilikdə sabitdir. Lakin bu halda qiymətlərin profilinə, onların bərabərliyinə fikir vermək lazımdır.
• Əgər daxili riskliliyin yekun qiyməti 70 bala çatırsa – bu aşkar həyəcan siqnalıdır: təcili hərəkətlər tələb edir. Bu halda firma rəhbərliyi hələ də uğurlu olan təşkilatı uğuru məğlubiyyətə çevirə biləcək təhlükə zonasından çıxarmaq üçün bütün gücünü sərf edərək risk üzərində nəzarətin bütün sistemlərini işə salmalıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər