25 C
Baku
Saturday, July 27, 2024

Fironun müdrikliyi və yaxud pullar necə yaranıb?

Firon kahinlərinə müraciət edərək deyir:

– Baxın, aşağıda hərəsi bir daş aparan zəncirlərə bağlanmış qulların sırası var. Onları çoxlu əsgər mühafizə edir. Nə qədər çox qul varsa, biz bir o qədər üsyandan çəkinməliyik. Biz nəzarəti gücləndiririk. Biz qulları yaxşı yedidizdirmək məcburiyyəntindəyik. Əks halda onlar ağır fiziki yükün öhdəsindən gələ bilməzlər. Lakin onlar yenə də tənbəl və üsyana meyillidirlər.

– Baxın, onlar necə də ləng hərəkət edirlər. Mühafizəçilər isə heç cavan və sağlam qulları belə qamışla vurmurlar. Lakin onlar daha cəld işləyəcəklər. Onlara nəzarətçilər lazım olmayacaq. Nəzarətçilər də qul olacaqlar. Bunlara nail olmağın bir yolu var.

Bu gün qürubdan sonra fironun əmrini əhali arasında yayın. Bu əmrdə belə deyiləcək: «sübh açılan zamandan etibarən bütün qullara azadlıq verilir.

Şəhərə çatdırılmış hər bir daşa görə azad insan bir sikkə alacaq. Sikkələri yeməyə, geyimə, mənzilə, şəhərdə qəsrə və şəhərin özünə dəyişmək olar.

Bu gündən etibarən siz azad insanlarsınız»… Növbəti günün səhəri firon və kahinlər yenidən süni dağda yaradılmış meydana çıxırlar. Onların şahidi olduqları mənzərə hər kəsi heyrətləndirmişdi. Minlərlə insan, keçmiş qullar, bir birilərini ötərək dünən daşıdıqları daşlardan daşıyırdılar. Hətta bəzi insanlar tər içində qalaraq iki daş daşımağa çalışırdılar. Bir daş daşıyanlar qaçırdılar. Ətrafı toz bürümüşdü. Bəzi nəzarətçilər də daş daşıyırdılar.

Özlərini azad hesab edən insanlar daha çox sikkə qazanmağa çalışırdılar.

Firon və kahinlər yaranmış vəziyyətdən zövq alaraq daha bir neçə gün bu mənzərəni seyr edirdilər.

Bu zaman böyük dəyişiliklər baş vermişdi. Qulların bir hissəsi kiçik qruplarda birləşmişdilər, özlərinə arabalar düzəldərək daşları onlarda daşıyırdılar.

– Onlar daha çox ixtiralar edəcəklər, – deyə firon fikirləşirdi, – artıq daxili nökərlər də əmələ gəliblər: su və qida paylayan şəxslər… Daha sonra onlar özlərinə müdirlər və hakimlər seçəcəklər. Qoy, seçsinlər. Onlar axı özlərini azad hesab edirlər. Məzmun isə dəyişməyib. Onlar əvvəlki kimi daş daşıyırlar…

Son xəbərlər
Digər xəbərlər