20 C
Baku
Saturday, May 25, 2024

Fırtına öncəsi sakitlik – Avro qalxır, dollar düşür

BANKER.AZ – İnvestorlar gələn həftə Federal Ehtiyat Sisteminin keçiriləcək faiz qərarı iclasında daha 25 baza bəndi artımından sonra, növbəti aylarda hətta nəinki sabit, endirəcəyi ilə bağlı proqnozlar edirlər. Bu da öz növbəsində “green back” ləqəbli ABŞ dollarını bazar ertsindən başlayaraq ucuzlaşdırmağa başlayıb.

100 baza bəndi = 1 faiz bəndi

ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısında ölçülən indeksi 101 səviyyəsinə düşdü. Bəzi saatlarda isə 100 bəndin altına da düşüb. ABŞ dollarının indeksini avro, yen, Kanada dolları, ingilis funt-sterlinqi, İsveçrə frankı, İsveç kronu formalaşdırır və 50% pay avroya məxsusdur.

Yaponiya Mərkəzi Bankı (Yaponiya Bankı) hələ ki, ultra-yumşaq monetar siyasətində qalacağında israrlı görünməkdədir. FED-dən başqa, Avropa Mərkəzi Bankı da gələn həftə görüşür və həmçinin faiz dərəcələrini 25 baza bəndi qaldıracağı, həmçinin 50 baza bəndi artımı ehtimalı ilə gözlənilir. Avro zonasında inflyasiya və artım məlumatları da bu həftənin sonunda veriləcək.

ABŞ pulu keçən həftə digər rəqiblərinə qarşı güclənmək üçün mübarizə aparır, çünki gələn məlumatlar ABŞ-da daha yavaş artım və aşağı inflyasiya göstərə biləyi ehtimalları yüksəkdir, bu da ilin ortasında faiz artımında pauza üçün münbitdir.

FED-in pul siyasətçilərinin gələn həftədəki iclasənda faizləri daha 25 baza bəndi artıracağı gözlənilir, lakin onların iyun ayında fasilə verdiyi görülür. Məzənnə fyuçersləri bazarı da ilin sonuna qədər təxminən 50 baza bəndi nisbətində azalmalara səbəb oldu.

Avro dollar qarşısında iki sessiya ərzində 0.5%-dən yuxarı bahalaşaraq 1.1045 dollar olub. Bildirək ki, 10 günün maksimumu 1.1050 dollar olub. Bu ayın əvvəlində 14 ayın ən yüksək həddi olan 1.10755 dollara çatdıqdan sonra ilk dəfə olaraq 1.10 dolları keçib.

Bu arada avro təkcə dollara qarşı deyil, əksər valyutalara qarşı bahalaşmaqdadır. Avrasiya “cəbhəsində” avro/yen (EUR/JPY) cütlüyünün məzənnəsi 2014-cü ilin dekabrından bəri ən yüksək həddinə çatıb. O, sonuncu dəfə 0.6% artaraq 148.33 yen olub.

Dollar da Yapon valyutasına nisbətdə bahalaşdı və sonuncu dəfə 0.1% bahalaşaraq 134.275 yen oldu. Burada əsas faktır Yapon Bankının yeni rəhbərinin də “göyərçin” – yəni yumşaq tonda pul siyasətinə davam edəcəyi ilə bağlı siqanallara bağlıdır.

Ümimilikdə valyutalar arasında bir qədər sakitlik var hansı ki, bu sakitliyi bir çox ekspertlər “fırtınadan əvvəlki sakitlik”ə bənzədir.

Gələn həftə ECB və Fed-in iclasları, eləcə də ABŞ-ın əmək bazarı, ÜDM-i ilə bağlı məlumatları dərc ediləcək hansı ki, bu bazar üçün yüksək volatillik vəd edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər