4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

“Firuzə” restoranı cərimələndi – Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 9-da ölkə üzrə 416 ictimai iaşə obyektində 741 monitorinq keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai‎ ‎rayonu, Q. S. Mehmandarov küçəsi 50M ünvanında yerləşən, fiziki şəxs Ədilov Qəşəm Qalib oğluna məxsus “Pətək” çay evi;

2. Bakı şəhəri, Xətai‎ ‎rayonu, Babək pr., ev 90C ünvanında yerləşən, fiziki şəxs Nəcəfov Ceyhun Qəhrəman oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küçəsi 14 ünvanında yerləşən, fiziki şəxs Dadayev Fərid Rasim oğluna məxsus “Firuzə” restoranı;

4. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küç., ev 64 ünvanında yerləşən, fiziki şəxs Sebahettin Demirə məxsus dönər evi.

Son xəbərlər
Oxşar xəbərlər