16 C
Baku
Cümə, May 20, 2022

“Firuzə” restoranı, “Lucca” kafesi cərimələndi – Tam siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət 2022-ci il fevralın 28-də ölkə üzrə 351 ictimai iaşə obyektində 624 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küç., ev 4 ünvanında yerləşən, fiziki şəxs Nəsibov İslam İnşallah oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr. 94F ünvanında yerləşən, fiziki şəxs Babayev Əkrəm Rahim oğluna məxsus kafe;

3. Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi pr. 65c ünvanında yerləşən, fiziki şəxs Əliyev Elnur Rafiq oğluna məxsus restoran;

4. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küç., ev 52C ünvanında yerləşən, fiziki şəxs Kərimov Elməddin Ələddin oğluna məxsus “Zirinc” restoranı;

5. Bakı şəhəri, Nərimanov rayonu, H. Əliyev pr. 79/2 ünvanında yerləşən, fiziki şəxs Yunisov Vilayət Cəlil oğluna məxsus “Lucca” kafesi;

6. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küç., ev 14 ünvanında yerləşən, fiziki şəxs Dadayev Fərid Rasim oğluna məxsus “Firuzə” restoranı;

7. Kürdəmir rayonu, Karrar qəsəbəsində yerləşən, fiziki şəxs Nuriyev Nəsir Camaləddin oğluna məxsus kafe.

Son xəbərlər
Oxşar xəbərlər