24 C
Baku
Thursday, June 1, 2023

“Fitbit” yeni fitnes-bilərzik təqdim edib

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

“Fitbit” şirkəti yeni “Charge 5” adlı fitnes-bilərzik təqdim edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bu aksesuar “Fitbit Pay” ödəniş sistemini dəstəkləyir və həm “Android”, həm də “iOS” əməliyyat sistemləri ilə işləyir.

Satışda “Fitbit Charge 5” qara, gümüşü və qızılı rənglərdə, 180 dollar qiymətinə əlçatan olacaq. Şirkət vurğulayır ki, bu dəfə bilərziyin korpusu 10% kiçildilib, displey isə əksinə, 10% böyüdülüb. Cihaz bir şarjla iki günə qədər işləyə bilir.

Standart funksiyalardan başqa, “Charge 5” yuxu keyfiyyətini, aktivlik və orqanizmin stresə verdiyi reaksiyanı izləməyi bacarır.

“Fitbit Premium” abunəçiləri həm də “Daily Readiness Score” funksiyasından istifadə edə biləcəklər, hansıki hər səhər orqanizmin göstəricilərini götürür və gün ərzində etməli olduğunuz fiziki aktivliyi tövsiyə edir.

Son xəbərlər
Digər xəbərlər
X