13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

“Fitch” 2020-ci il üçün neftin qiyməti üzrə proqnozunu yaxşılaşdırıb

faizlere

“Fitch” beynəlxalq reytinq agentliyi 2020-ci il üzrə “Brent” markalı neftin bir barel üçün qiymətinin 35 dollardan 41 dollara, WTI markalı neftin bir barel üçün qiymətinin isə 32 dollardan 38 dollara yüksələcəyini proqnozlaşdırıb.

Banker.az xəbər verir ki, bundan əlavə, ekspertlərin uzunmüddətli proqnozlarına əsasən, “Brent”in qiyməti 55 dollardan 53 dollara, WTI-ın qiyməti isə 52 dollardan 50 dollara enəcək.

2020-ci il üçün qiymətləndirilmənin yaxşılaşdırılması OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılması, o cümlədən iqtisadiyyatlarının bərpası ilə əlaqələndirilir. Eyni zamanda uzunmüddətli proqnozun aşağı salınmasının səbəblərindən biri də pandemiyanın böyük neft ehtiyatını yaratması olub.

“Bəzi ölkələrdə xəstələrin sayının artmasına baxmayaraq, təcrid tədbirləri xeyli yumşaldılıb. Biz sərt məhdudiyyətlərin qlobal səviyyədə ikinci dəfə tətbiq ediləcəyini gözləmirik və hesab edirik ki, neftə olan tələbat 2021-ci ildə də davam edəcək” – “Fitch”in ekspertləri qeyd edir.

Agentlik 2021-ci il üçün proqnozunu “Brent” üzrə 45 dollar, WTI üzrə isə 42 dollar səviyyəsində saxlayıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər