15 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Fitch: 2021-ci ildə neft qiymətləri 45 dollar səviyyəsinə qayıdacaq

faizlere

OPEC+ sövdələşməsi neftə tələbatın azalması problemini həll etməyəcək. Mütəxəssislərin fikrincə, neft bazarının balanslaşdırılması bir neçə il çəkə bilər.

Banker.az xəbər verir ki, bu barədə “Fitch” reytinq agentliyinin hesabatında deyilir.

“Bazarın bərpası bir neçə il çəkə bilər. Onu əvvəlki vəziyyətinə qaytarmaq üçün təyin edilən kvotalardan əlavə, daha çox azalmaya ehtiyac var”, – hesabatda deyilir.
Agentlik Brent markalı neftin orta illik qiymətinin 2020-ci ildə bir barel üçün 35 dollar, 2021-ci ildə isə 45 dollar səviyyəsinə çatacağını proqnozlaşdırır.

Beynəlxalq Energetika Agentliyinin verdiyi məlumata görə, ikinci rübdə neftə tələbat gündə 23 milyon barelə enəcək, bu da bazarda balansın pozulmasına səbəb olacaq. Bu, 2014-2015-ci illərdəki vəziyyətdən daha ciddidir.
İstehsalın azaldılması ilə bağlı öhdəliklər şirkətlərə təzyiq göstərməsinə baxmayaraq, onların maliyyə göstəriciləri istehsalın həcmindən deyil, xammal qiymətlərindən asılı olacaq.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər