“Fitch” 2021-ci ildə qlobal ÜDM-nin artım proqnozunu yaxşılaşdırıb

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” 2021-ci ildə qlobal ÜDM-nin artım proqnozunu 6.1%-dən 6.3%-ə qədər yüksəldib. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə agentliyin iyun ayının hesabatında deyilir.

“Gələn məlumatlar, ABŞ və Avropada xidmət sektorunun açılması, o cümlədən dəstək tədbirlərinin təsiri proqnozun yenidən nəzərdən keçirilməsinə səbəb olub”, – deyə agentliyin mesajında bildirilir. Onun sözlərinə görə,  2022-ci ildə qlobal ÜDM 4.3%-dək yavaşlayacaq.

“Fitch” qlobal iqtisadi canlanmanın gözləniləndən daha sürətli olmasının qiymətləri dəstəklədiyini vurğulayır. Bununla yanaşı, bir sıra amillər 2022-ci ildə inflyasiyanın aşağı düşməsinə səbəb olacaq.

Əksər inkişaf etmiş iqtisadiyyatlar üçün proqnoz yaxşılaşdırılıb: ABŞ-da bu il ÜDM artımının 6.2% deyil, 6.8% səviyyəsində olacağı gözlənilir, Avrozonada – 4.7% əvəzinə 5%, Böyük Britaniyada – 5% əvəzinə 6.6%.

Eyni zamanda Yaponiya üçün proqnoz 3.6%-dən 2.5%-dək azaldılıb. Çin üçün bu göstərici 8.4% səviyyəsində olduğu kimi saxlanılıb. Digər inkişaf etmiş ölkələrdə artımın 6%-dən 5.9%-ə qədər düşməsi gözlənilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.