2 C
Baku
Sunday, December 15, 2024

“Fitch”: 2021-ci ildə qlobal aviaşirkətlərin fəaliyyəti nisbətən yaxşılaşacaq

“Fitch Ratings” beynəlxalq agentliyi 2021-ci ildə qlobal aviaşirkətlərin fəaliyyətinin COVID-19 pandemiyasının pik dövrü ilə müqayisədə yaxşılaşacağını, lakin tam bərpa ola bilməyəcəyini güman edir.

Müxtəlif regionlarda xəstələnənlərin artan sayı və hava səyahəti məhdudiyyətləri sərnişin axınını ən azı 2021-ci ilin birinci yarısı boyu aşağı səviyyədə saxlayacaq. “Fitch” gələn ilin III rübündən başlayaraq yaxşılaşma proqnozlaşdırır və bu prosesin ilin sonunadək davam edəcəyini bildirir. Bundan əlavə, COVID-19-a qarşı peyvəndin kütləvi istifadəsi nikbin proqnozlar üçün güclü zəmin yaradır.

Agentlik qeyd edir ki, gələn il proqnozlaşdırılan irəliləyişə baxmayaraq, bir sıra nisbətən kiçik və kapitallaşması zəif olan aviaşirkəti müflisləşmə gözləyir.

Xatırladaq ki, bundan əvvəl “Fitch” qlobal hava sərnişin axınının 2024-cü ilin sonunadək COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıda bilməyəcəyini ehtimal edirdi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər