32 C
Baku
Friday, July 12, 2024

Fitch 2023-cü ildə qlobal iqtisadi artım proqnozunu 2%-ə qaldırdı

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il qlobal ümumi daxili məhsulun (ÜDM) artımı proqnozunu dekabrdakı 1.4%-dən 2%-ə yüksəldib.

Banker.az “Bloomberg”ə istinadən xəbər verir ki, yaxın müddətli perspektivdə yaxşılaşma Çinin COVID-19-dan sonra açılmasını, Avropa qaz böhranının əhəmiyyətli dərəcədə yumşalmasını, eləcə də ABŞ-ın istehlakçı tələbatındakı təəccüblü dayanıqlığını əks etdirir.

Fitch-in gözləntilərinə görə, 2023-cü ildə ABŞ-ın ÜDM-i əvvəllər proqnozlaşdırıldığı kimi 0.2% deyil, 1% artacaq. Bu il Çin iqtisadiyyatı üçün artım proqnozu da 4.1%-dən 5.2%-ə qaldırılıb. Avrozonada ÜDM artımı proqnozu dekabrdakı 0.2%-dən 0.8%-ə yüksəldilib.

Son xəbərlər
Digər xəbərlər