9 C
Baku
Friday, December 19, 2025

“Fitch” 2025-2027-ci illərdə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını verib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda istehlak inflyasiyasının səviyyəsinin 5,7% təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə “Fitch”in məlumatında bildirilir.

Agentliyin analitiklərinin qiymətləndirməsinə görə, 2026-cı ildə inflyasiya 4,6%-ə, 2027-ci ildə isə 4%-ə enəcək.

“Fitch”in hesabatında qeyd olunur ki, 2025-ci ilin yanvar–noyabr ayları üzrə orta inflyasiya səviyyəsi 5,7% olub və aprel–may aylarında 6,4% pik həddinə çatıb ki, bu da rəsmi hədəf diapazonu daxilindədir. Dekabr ayında Azərbaycan Mərkəzi Bankı inflyasiya üzrə yuxarı risklərin azalmasına əsaslanaraq, əsas uçot dərəcəsini 25 baza bəndi azaldaraq 6,75%-ə endirib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Mərkəzi Bankı cari illik inflyasiyanın gözlənilən trayektoriyaya uyğun gəldiyini və müəyyən edilmiş hədəf diapazonu daxilində qaldığını bəyan edib.

2025-ci ilin oktyabr ayında 12 aylıq inflyasiya 5,9% təşkil edib. Ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik qiymət artımı 8,2%, ödənişli xidmətlər üzrə 5,6%, qeyri-ərzaq məhsulları üzrə isə 2,5% olub. İllik baza inflyasiyası 5% təşkil edib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər