-3 C
Baku
Sunday, December 15, 2024

“Fitch” ABŞ-ın reytinqini AAA-dan AA+ səviyyəsinə endirib

“Fitch” agentliyi ABŞ-ın uzunmüddətli defolt reytinqini AAA-dan AA+ səviyyəsinə endirib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Reytinqin aşağı salınması növbəti üç ildə fiskal vəziyyətin pisləşməsi, yüksək borc yükü, tənəzzül təhlükəsinin davam etməsi və Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsinin artırılması gözləntiləri ilə bağlı olub. Həmçinin azalma amilləri arasında “son iki onillikdə idarəolunmanın pisləşməsi” də var ki, bunu dövlət borcunun limiti məsələsi ilə bağlı ziddiyyətlər və bu məsələ ilə bağlı son anda qəbul edilən qərarlar göstərir.

Ağ Ev “Fitch”in qərarı ilə razılaşmadığını bildirib. ABŞ-ın maliyyə naziri Janet Yellen də reytinqin aşağı salınması ilə razılaşmadığını bildirib. “Fitch Ratings”in bu gün elan etdiyi dəyişiklik özbaşınadır və köhnəlmiş məlumatlara əsaslanır”, – deyə Janet Yellen söyləyib.

Yazın sonunda Ağ Ev bir neçə həftə Nümayəndələr Palatasına nəzarət edən respublikaçılarla milli borc limitini qaldırmaq üçün danışıqlar aparıb. Respublikaçılar xərcləri azaltmadan limitin artırılmasına razılıq verməkdən imtina ediblər.

Son xəbərlər
Digər xəbərlər