Fitch: ABŞ iqtisadiyyatında İranla müharibə fonunda risklər artıb

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” İranla müharibə, idxal tarifləri və dövlət idarəçiliyindəki problemlər səbəbindən ABŞ iqtisadiyyatında qeyri-müəyyənlik risklərinin artdığını açıqlayıb. Buna baxmayaraq, agentlik ölkənin uzunmüddətli kredit reytinqini AA+ səviyyəsində saxlayıb.

Analitiklərin proqnozlarına görə, ABŞ büdcə kəsiri ÜDM-in 7,9%-i səviyyəsində formalaşacaq, dövlət borcu isə artmaqda davam edərək 2027-ci ilin sonuna 122%-ə çatacaq.

“Politico” nəşrinin məlumatına görə, Pentaqonun müvəqqəti baş auditörü Cey Herst bildirib ki, ABŞ artıq İrandakı hərbi əməliyyatlara 25 milyard dollar xərcləyib. Senat çoxluğunun lideri Con Tun isə qeyd edib ki, ölkə bu əməliyyat üçün gündəlik 900 milyon dollar xərcləyir.

Xatırladaq ki, 2023-cü ildə Fitch Ratings ABŞ-nin defolt reytinqini (AAA — ən aşağı defolt riski) AA+ səviyyəsinə endirmişdi və bunu maliyyə göstəricilərinin pisləşməsi və borc yükünün artması ilə əsaslandırmışdı. Həmin vaxt Co Bayden administrasiyası agentliyin qərarını əsassız adlandırmışdı.

Son xəbərlər
Digər xəbərlər