12 C
Baku
Saturday, November 23, 2024

“Fitch” “Aeroflot”un reytinqini endirib

“Fitch” beynəlxalq reytinq agentliyi Rusiyanın “Aeroflot” aviaşirkətinin reytinqini aşağı salıb.

“Aeroflot”un xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqi (IDRs) “BB”dən “B-“yə endirilib.

“Fitch” qeyd edir ki, reytinq “mənfi” proqnozla yenidən nəzərdən keçiriləcək.

“Reytinq hərəkəti Rusiyanın əməliyyat mühiti üçün böyük şoku, eləcə də maliyyə çevikliyinin zəifləməsini əks etdirir və Rusiyanın reytinqlərinin aşağı salınmasından sonra baş verib”, – agentliyin məlumatında deyilir.

Xatırladaq ki, bu həftə “Fitch” Rusiyanın xarici valyutada emintentin uzunmüddətli defolt reytinqini (IDR) “BBB” səviyyəsindən “B”yə, “Moody’s” isə ölkənin xarici və yerli valyutada borc öhdəlikləri üzrə uzunmüddətli reytinqini “Baa3″dən “B3″ə endirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər