“Fitch” beynəlxalq reytinq agentliyi Almaniyanın xarici valyutada uzunmüddətli reytinqini “AAA” səviyyəsində təsdiqləyib.
Agentlik qeyd edib ki, bu qiymətləndirməni formalaşdıran əsas amil yüksək gəlir səviyyəsinə, güclü dövlət institutlarına və dövlət qurumlarının işinin maliyyələşdirilməsinin aşağı dəyərinə malik şaxələnmiş iqtisadiyyatdır.
Bununla belə, “Fitch” qeyd edib ki, COVID-19 pandemiyasından sonra yavaş iqtisadi artım Almaniyanın valyuta reytinqinə mənfi təsir göstərir. Agentlik həmçinin hesab edir ki, valyuta reytinqinin proqnozuna təsir edən əsas neqativ amillər dövlət borcunun əhəmiyyətli dərəcədə artması, əhalinin qocalması səbəbindən iqtisadiyyatın rəqabət qabiliyyətinin itirilməsi, işçi qüvvəsi çatışmazlığı və büdcə kəsiridir.