23 C
Baku
Tuesday, April 23, 2024

“Fitch” altı ay ərzində 33 suveren reytinqi aşağı salıb

“Fitch” agentliyi bu ilin birinci yarısında ümumilikdə 33 suveren reytinqi aşağı salıb, bu barədə CNBC məlumat verib.
Kanal qeyd edir ki, bu, koronavirus pandemiyasının yayılması ilə əlaqədar dövlətlərin maliyyəsinə vurulan zərər fonunda baş tutub.
Bununla yanaşı, “Fitch” 40 ölkənin və suveren qurumun kredit reytinqinin proqnozunu “mənfi” hesab edir, suveren və üstmilli reytinqlər qrupunun rəhbəri Ceyms Makkormak bildirir. Bu o deməkdir ki, bu reytinqlər də aşağı salına bilər.
“Fitch Ratings tarixində ilk dəfədir ki, eyni anda 40 ölkənin kredit reytinqi “mənfi” hesab olunur”, – Makkormak söyləyir. “Hətta bir ildə belə 33 reytinqi endirməmişdik, amma indi bunu altı ay ərzində etdik”, – mütəxəssis vurğulayır.
Onun sözlərinə görə, bir çox hökumətlər iqtisadiyyatı pandemiyadan irəli gələn güclü zərbədən qorumaq üçün xərcləri artırıblar və bu, bütün 119 ölkənin maliyyə vəziyyətinin zəifləməsinə səbəb olacaqdır. Ekpert izah edir ki, bu cür zəifləmə büdcə kəsirləri və daha aşağı profisit, həmçinin dövlət borcunun artması şəklində ola bilər.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər