18 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

“Fitch”: Avropada təbii qaz neftdən 1.5 dəfə baha satılır

Screen Shot 2021 09 02 at 14.34.20

Yeraltı qaz anbarlarında ehtiyatların az olması səbəbindən Avropa bazarında təbii qaz neft qiymətinə nisbətdə 1,5 dəfə daha baha olub.

Bunu RİA “Novosti”yə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin təbii sərvətlər və əmtəə məhsulları qrupunun direktoru Dmitri Marinçenko bildirib.

Məlumata görə, Niderlandın TTF (Avropanın ən likvid virtual satın mərkəzi) indeksi üzrə oktyabr ayı üçün qaz fyuçerslərinin qiyməti daha bir rekordu yeniləyib. Belə ki, sentyabrın 7-də keçirilən ticarət sessiyasında hər min kubmetr üçün qazın qiyməti 660 ABŞ dollarına və ya neft ekvivalentində bir barel üçün təqribən 110 dollara çatıb.

Qeyd olunur ki, hazırda “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 72 dollardan aşağı düşüb, bu da o demədir ki, qazın qiyməti neftin qiymətini 1,5 dəfə üstələyib.

D. Marinçenkonun sözlərinə görə, qaza olan qiymətlərin yüksəl olmasının əsas səbəbi ötən qışın soyuq, yayın isə isti keçməsi nəticəsində anbarlarda “mavi yanacağın” az olmasıdır.

“Hazırda Avropa anbarlarında rahat bir qış mövsümünü keçirmək üçün lazım olandan 10-15 mlrd. kubmetr az qaz mövcuddur”, – D. Marinçenko qeyd edib.

O əlavə edib ki, hava faktorunun təsiri, daha yüksək nəqliyyat və saxlama xərcləri və “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) kimi sabitləşdirici amilin olmaması səbəbindən təbii qaz neftdən daha volatil məhsuldur.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər