13 C
Baku
Saturday, November 23, 2024

“Fitch” Avropadakı qaz böhranının nəticələrini qiymətləndirib

Avropa qaz bazarındakı mövcud vəziyyət regionu təchizatçıların sayını genişləndirməyə və uzunmüddətli perspektivdə enerji keçidini sürətləndirməyə sövq edə bilər.

Bu qənaətə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri gəliblər.

“Ehtiyatların aşağı səviyyədə olması, “Qazprom”dan tədarükün azalması və son bir neçə ayda artan geosiyasi gərginlik Avropa qaz bazarında daha da böyük qıtlıq və əlavə tədarüklərin axtarışına zəmin yaradıb”, – beynəlxalq reytinq agentliyinin icmalında deyilir.

Məlumata görə, qısamüddətli perspektivdə Avropanın Rusiya qazının tədarükündən asılı qalmaqda davam etməsinə baxmayaraq, uzunmüddətli perspektivdə Rusiyadan tədarükün azalması təchizatçı bazasının daha geniş şaxələndirilməsinə və enerji keçidinin sürətləndirilməsinə gətirib çıxara bilər.

İcmalda qeyd olunur ki, Avropada qaz ehtiyatlarının aşağı olması fonunda avropalı istehlakçılar mayeləşdirilmiş təbii qaz (LNG) üçün asiyalılarla rəqabət aparır. Bu, son həftələrdə rekord səviyyələrdən bəzi enişlərə baxmayaraq, Avropada təbii qaza olan spot qiymətləri yüksək səviyyədə saxlayır.

Əlavə edilir ki, LNG və boru kəmərləri ilə qaz tədarükçülərindən əlavə həcmlər qısa müddətdə “Qazprom”dan tədarükün azalmasını kompensasiya etməyə kömək edir.

Son xəbərlər
Digər xəbərlər