26 C
Baku
Saturday, April 20, 2024

“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqini sabit saxlayıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) emitentin uzunmüddətli defolt reytinqinin (IDR) “B-” səviyyəsində, reytinq üzrə proqnozu isə “stabil” təsdiq edib.

Bankın IDR-nin bu səviyyədə təsdiqlənməsi onun həqiqi kredit gücünü əks etdirir. Bunun nəticəsi kimi, Beynəlxalq Bankın davamlılıq reytinqi (VR) “b-” səviyyəsində təsdiq olunub.

“Fitch”ə görə, bankın kredit profilinin bəzi aspektləri daha yüksək reytinq səviyyəsindədir (xüsusən aktivlərin keyfiyyəti, franşıza, maliyyələşdirmə və likvidlik), lakin ABB-nin açıq xarici valyuta mövqeyi reytinqi “B-” səviyyəsində məhdudlaşdırır. Bundan əlavə, ABB-nin aktivlərinin keyfiyyəti rasionaldır və balans hesabatındakı yüksək keyfiyyətli banklararası yerləşdirmələr və qiymətli kağızların yüksək payı ilə dəstəklənir.

“Fitch” qeyd edir ki, hazırkı iqtisadi böhranın ABB-nin maliyyələşdirilməsinə və likvidlik profilinə birbaşa təzyiqi yoxdur.

MənbəAPA
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər