1 C
Baku
Thursday, February 29, 2024

“Fitch” Azərbaycanda inflyasiya və manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb

2017-ci ildə Azərbaycanda orta illik inflyasiya 9% səviyyəsində olacaq. Bu proqnozu “Fitch” beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında təşkilatın mütəxəssisləri səsləndirib.

Mütəxəssislər qeyd edir ki, 2018-ci ildə orta illik inflyasiya 5%-dək geriləyəcək.

Qeyd edək ki, 2016-cı ildə orta illik inflyasiya 12,4% təşkil edib.

Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu il orta illik inflyasiya 7,3% olacaq.

“Fitch”in proqnozlarına əsasən, 2017-ci ildə manatın dollara nisbətən orta illik məzənnəsi 1,76 səviyyəsində, 2018-ci ildə 1,7 səviyyəsində olacaq.

Agentliyin mütəxəssisləri bu il neftin 1 barelinin orta qiymətinin 45 dollar olacağını, 2018-ci ildə isə 55 dollar olacağını proqnozlaşdırır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər