12 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

“Fitch”: “Azərbaycanda xarici balansın yaxşılaşması devalvasiya riskini daha da azaldıb”

Azərbaycan cari əməliyyatlar balansında ötən il baş verən 0,5 %-lik kəsirdən sonra, bu il 7,9 % profisitə qayıdacaq.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Proqnoza görə, 2022-2023-cü illərdə cari əməliyyatlar hesabının profisiti orta hesabla 5,3 %-ə enəcək, bu da, əsasən neftin proqnozlaşdırılan orta qiymətinin 2022-ci ildə 55 ABŞ dolları/barel və 2023-cü ildə isə proqnozlaşdırılandan 63 ABŞ dolları/bareldən 53 ABŞ dollara/barelə enməsi hesabına olacaq. Ancaq, bu göstəriciyə görə Azərbaycan yenə də analoqlarının qrupunda liderdir.

“Xalis suveren aktiv mövqeyinin, 2020-ci il sonundakı 83,1 %-dən, 2023-cü ilin sonuna ÜDM-nin 84,1 %-nə yüksələcəyi proqnozlaşdırılır. Beləliklə, xarici balansın yaxşılaşması və 1,7 AZN/USD məzənnəsinin saxlanılması devalvasiya riskini daha da azaldıb”, – “Fitch Ratings” hesab edir.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X