15 C
Baku
Saturday, April 20, 2024

“Fitch” Azərbaycanın icmal büdcəsi üzrə proqnozunu yaxşılaşdırıb

“Fitch Ratings” beynəlxalq agentliyi bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 5,7% təşkil edəcəyini proqnozlaşdırır, halbuki ötən proqnoz kəsirin ÜDM-in 6,8%-ə bərabər olacağına vəd edirdi.

“Fitch”in tədricən artan neft qiymətləri ssenarisinə əsasən, 2021-ci ildə ölkənin icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbəti 4,4%-ə, 2022-ci ildə isə 1,1%-ə enəcək.

“2021-ci və 2022-ci illərdə Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişədən sonrakı yenidənqurma üçün yönələn kapital xərclərinin ÜDM-ə nisbəti 0,6 faiz bəndi artacaq ki, layihənin yaxın həftələrdə 2021-ci ilin büdcəsinə daxil edilməsi gözlənilir”, – hesabatda deyilir.

Qeyd edək ki, “Fitch”in ölkənin dövlət borcu üzrə gözləntiləri dəyişməyib və proqnoz ÜDM-in 23% səviyyəsində saxlanılıb.

Xatırladaq ki, ötən il icmal büdcəsinin profisiti 7,343 mlrd. manat təşkil edib və bu da ÜDM-in 9%-nə bərabər olub, xarici dövlət borcu isə 15,455 mlrd. dolar və ya ÜDM-in 18,9%-ni təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər