30 C
Baku
Wednesday, July 9, 2025

«Fitch» Azərbaycanın reytinqini endirdi

«Fitch Ratings» agentliyi Azərbaycanın kredit reytinqini BB+ səviyyəsinə endirib. Azərbaycanın əvvəlki reytinqi BBB- səviyyəsində qiymətləndirilirdi.

Bu haqda «Fitch»in press-relizində bildirilir.

«Fitch» reytinqin endirilməsini ölkə iqtisadiyyatın karbohidrogen ehtiyatları ilə bağlı olması, neftin qiymətinin ucuzlaşması və valyuta ehtiyatlarının azalması ilə izah edir.

Azərbaycanın yeni reytinq dərəcəsi – BB+ səviyyəsi «spekulyativ» və ya «zibil» səviyyə hesab olunur. Bu səviyyə sərmayə yatırımı üçün çəkindirici sayılır.

Yanvarın 29-da «Standard&Poor’s» reytinq agentliyi də Azərbaycanın uzunmüddətli kredit reytinqini BBB- səviyyəsindən BB+ səviyyəsinə endirmişdi.

O zaman Maliyyə Nazirliyi «Standard&Poor’s»in bir sıra qeyri-dəqiqliklərə yol verdiyini və bu qiymətləndirmənin nəticələri ilə razılaşmadığını bəyan etmişdi.

azadliq.org

Son xəbərlər
Digər xəbərlər