16 C
Baku
Thursday, March 28, 2024

Fitch Azərbaycanın reytinqlərini təsdiq etdi

Beynəlxalq reytinq agentliyi Fitch Ratings Azərbaycanın əcnəbi və milli valyuta ilə bağlı emitent defoltu reytinqini “BBB-” səviyyəsində təsdiq etmişdir. Reytinqlər əsasında proqnoz “sabit” olaraq qiymətləndirilmişdir. Ölkənin əcnəbi və milli valyuta ilə təminolunmamış istiqrazlar reytinqi də “BBB-” səviyyəsində təsdiq edilib. Əcnəbi valyutada qısa müddətli emitent defoltu reytinqi “F3” olaraq qiymətləndirilmişdir.

Fitch agentliyinin verdiyi məlumatda deyilir: “Azərbaycanın dövlət balansı reytinqdə iştirak edən emitentlər sırasında ən güclülərdən biridir. Azərbaycanın Dövlət Neft fondunun aktivləri 2014-cü ilin ilk yarısında 37,6 milyard dollara çatmışdır. Azərbaycan Mərkəzi Bankının  15 milyard dollar həcmində olan valyuta ehtiyatlarını nəzərə alaraq, ümumi suveren xarici aktivlər ÜDM-un 69%-ni təşkil edir. Fitch 2014-1016-cı illərdə cari əməliyyatlar üzrə hesab profisitinin azalması fonunda suveren aktivlərin gələcək artımını təxmin edir. Bu neft qiymətlərinin qəfil enməsi və yaxud neft əldə edilməsinin azalması hallarında ehtiyatları artırmağı təmin etməli və dollar manat münasibətlərini 1 dollar üzrə 0,78 manat olaraq saxlamağa kömək etməlidir”.

Son xəbərlər
Digər xəbərlər