3 C
Baku
Tuesday, February 11, 2025

“Fitch”: Azərbaycan bank sektorunun 2025-2026-cı illərdə izlənilməli olduğu iki əsas göstərici var

Azərbaycan bank sektorunun 2025-2026-cı illər üzrə izlənilməli olduğu iki əsas göstərici var.

Bunu “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin MDB+ və Yaxın Şərq bankları üzrə direktor müavini Maksim Maliutin deyib.

O bildirib ki, bunlardan birincisi neft qiymətlərinin dinamikasıdır: “Azərbaycanın iqtisadi artımı hələ də əsasən neft və qaz ixracından asılıdır. Bu isə o deməkdir ki, bu sektorun göstəriciləri yerli bankların biznes imkanlarına birbaşa təsir edə bilər”.

Maksim Maliutin hesab edir ki, ikinci göstərici isə pərakəndə kreditləşmənin davamlı artımıdır. Belə ki, kreditləşmə səviyyəsinin hələ də nisbətən aşağı olması gələcək iki il ərzində artım üçün müəyyən potensial yaradır. Bununla belə, əhalinin artan borc yükü orta müddətli perspektivdə yerli banklar üçün kredit riskini artıra bilər və bu da qeyri-işlək kreditlərin (NPL) yüksəlməsinə səbəb ola bilər.

“Bununla belə, biz inanırıq ki, bu potensial pisləşmə idarəolunan olacaq və Azərbaycan Mərkəzi Bankı pərakəndə kreditləşmə sektorunun fəaliyyətini nəzarətdə saxlayacaq, eləcə də həddindən artıq artımın qarşısını almaq üçün effektiv tədbirlər görəcək”- direktor müavini əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər