13 C
Baku
Friday, November 22, 2024

“Fitch”: Azərbaycanda banklar az riskli və daha gəlirli pərakəndə kreditlərə yönəlib

Azərbaycanda yerli banklar indi daha az riskli və daha gəlirli olan pərakəndə kreditləşməni hədəfləyir.

Banker.az xəbər verir ki, bunu beynəlxalq reytinq agentliyi “Fitch Ratings” bildirir.

Pərakəndə kreditlər 2024-cü ilin birinci yarısının sonunda sektorun kreditlərinin 58%-nə çatıb. Bu 2018-ci ilin sonu 41% idi.

Lakin “Fitch” hesab edir ki, Azərbaycan iqtisadiyyatının dövri xarakteri və struktur zəiflikləri səbəbindən korporativ seqmentdə kredit keyfiyyəti hələ də risk altında qaldığını bildirir.

“Çox sayda mavi fişkalı* (blue-chip) Azərbaycan şirkəti yoxdur və kiçik müəssisələrə kredit verilməsi onların zəif maliyyə şəffaflığı səbəbindən riskli qalır”- deyə, bildirilir.

Agentliyə görə, bank sektor üzrə kredit artımının 2024-cü ildə 20%-ə çatacağını, sonra isə 2025-ci ildə 15%-ə qədər yavaşlayacağını proqnozlaşdırılır.

Agentlik əlavə edir ki, aktivlərin keyfiyyəti tarixən sektorun əsas zəifliyi olub.

Son xəbərlər
Digər xəbərlər