9 C
Baku
Sunday, November 17, 2024

“Fitch” Azərbaycanda iqtisadi artım üzrə proqnozunu yeniləyib

“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin yenilənmiş gözləntilərinə görə, bu il Azərbaycan iqtisadiyyatı real ifadədə 2,7% artacaq.

Agentliyin məlumatına görə, ötən il dekabr ayının proqnozu 2,9%-lik artım vəd edirdi. Bu səbəbdən, reytinq şirkəti Rusiya-Ukrayna münaqişəsinin təsirlərinə məruz qalması səbəbindən bütün MDB+ ölkələrinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna və Özbəkistan) iqtisadi artım üzrə gözləntilərini endirib.

Ermənistanın artım üzrə proqnozu 5,3%-dən 1,3%-ə, Gürcustanın 5,8%-dən 3,2%-ə, Qazaxıstanın 4%-dən 3,4%-ə, Türkmənistanın 3,5%-dən 1,7%-ə, Özbəkistanın isə 5,8%-dən 3,1%-ə endirilib.

Qeyd edilir ki, Azərbaycanın və regionun digər karbohidrogen ixracatçılarının halında zəif artım və yüksək inflyasiya neft və qaz ixracından əldə olunan gəlirlərin kəskin artımı ilə balanslaşdırılır. Agentliyin qərarına əsasən, Azərbaycan güclü tələbat, eləcə də yüksək qiymətlər mühitində artmış qaz ixracından faydalanacaq.

Xatırladaq ki, Asiya İnkişaf Bankının yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda real ÜDM-in artım tempi 3,7% təşkil edəcək. 2021-ci ildə isə Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6% artıb.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər