“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının əməliyyat mühiti üzrə “b+” səviyyəsində olan reytinqi üzrə proqnozunu “sabit”dən “müsbət”ə doğru dəyişib.
Bu, yüksək tsiklikliyə malik Azərbaycan iqtisadiyyatında maliyyə sabitliyinin yaxşılaşmağa davam edəcəyi ilə bağlı gözləntiləri əks etdirir.
“Bu, yerli bankların daha güclü maliyyə xüsusiyyətləri və tənzimləyici nəzarətin gücləndirilməsi sayəsində mümkün olacaq. Tənzimləyici nəzarətin gücləndirilməsi həm də aktivlərin keyfiyyətinə təsir edən miras qalmış risklərin yumşaldılmasına gətirib çıxarır”, – agentlik qeyd edib.