34 C
Baku
Sunday, July 20, 2025

“Fitch” Azərbaycanın inflyasiya və iqtisadi artım proqnozlarını açıqlayıb

“Fitch Ratings” Azərbaycanın inflyasiya və iqtisadi artım proqnozlarını açıqlayıb.

Bu barədə reytinq agentliyinin məlumatında bildirilib.

“Fitch” qeyd edib ki, 2025-ci ilin may ayında illik inflyasiya 5,9%-ə yüksəlib, bu da qismən baza effektləri və 2025-ci ilin I rübündə minimum əməkhaqqının artırılması ilə bağlıdır. Fitch 2025-ci il üzrə illik orta inflyasiyanın 5,3%, 2026-cı ildə isə 4,6% olacağını proqnozlaşdırır.

“Bu göstəricilər Mərkəzi Bankın hədəf diapazonuna (4% ± 2 faiz bəndi) uyğundur. Agentlik 2026-cı ilə qədər faiz dərəcələrinin azaldılacağını gözləmir”- agentlik qeyd edib.

“Fitch” 2025-ci ildə tam illik iqtisadi artımın 3,5% (2024-cü ildə: 4,1%), 2026-cı ildə isə 2,5% olacağını gözləyir. Bu artımda dövlət investisiyaları və neftdənkənar sektorlar əsas rol oynayacağı qeyd edilib.

“İqtisadi diversifikasiya istiqamətində irəliləyişlər məhduddur. Belə ki, karbohidrogenlər ÜDM-in 32%-ni və ixracın 90%-ə qədərini təşkil edir. Diversifikasiyanı əngəlləyən amillərə iqtisadiyyatda dövlətin böyük payı, məhdud maliyyə vasitəçiliyi, idarəetmə problemləri və qeyri-enerji sektoruna xarici investisiyanın zəifliyi daxildir”- Agentliyin şərhində bildirilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər