12 C
Baku
Saturday, November 23, 2024

“Fitch” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il iqtisadi artımın 1,8% təşkil edəcəyini proqnozlaşdırıb.

Bu, neft və qeyri-neft iqtisadiyyatlarında 2023-cü ilin ilk yarısında yaşanan azalmanın ardından mümkün olacaq.

Bildirilib ki, 2024-2025-ci illərdə qeyri-neft sektorunda artımı hesabına iqtisadi artımın orta hesabla 2,3% olacağı gözlənilir.

Yeni neft hasilatı enerji sektorunda azalmanı (2022-ci ildə 7,6% azalaraq gündə 676,000 barel) yavaşlada bilər. Bundan əlavə, Avropaya ixrac həcmini artırmaq üçün satınalma müqavilələri yekunlaşarsa, təbii qaz hasilatının daha da artacağı gözlənilir.

Qeyd edək ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib.

“Fitch Ratings Inc.” dünyanın ən nüfuzlu reytinq agentliklərindən biridir. Agentliyin məqsədi müştəriləri üçün qərar qəbulunun effektivliyini artırmaq və biznes riskləri azaltmaq məqsədilə biznes analitikasının təqdim olunmasından ibarətdir.

Son xəbərlər
Digər xəbərlər