“Fitch” Azərbaycanın reytinqini “neqativ”dən “stabil”ə yüksəldib

Beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

Banker.az xəbər verir ki, reytinq agentliyi ölkənin bu göstəricilər üzrə reytinqini “neqativ”dən “stabil”ə yüksəldib.

Agentlik qeyd edib ki, suveren balans hesabatlarının davamlığı pandemiya dövründə qorunub saxlanmış və son altı ayda “Fitch”in neftin qiymətləri üzrə proqnozlarının yuxarı istiqamət ilə dəstəkləməsi nizamsız makroiqtisadi tənzimləmə riskini daha da azaldır.

 

Son xəbərlər
Digər xəbərlər