“Fitch” beynəlxalq reytinq agentliyi “Azsığorta” ASC-nin Sığortaçının Maliyyə Gücü (Insurer Financial Strength – IFS) reytinqini “B” səviyyəsində təsdiqləyib.
Bu barədə agentliyin açıqlamasında bildirilir.
Məlumata görə, reytinq üzrə proqnoz “Sabit”dir.
“Fitch” bəyan edib ki, bu reytinq bir sıra iqtisadi təsirləri, o cümlədən koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini, “Azsığorta”nın “Adequate” kateqoriyasında “Prism Factor-Based Model (FBM)” balı ilə ölçülən “Fitch-in pro-forma” analizinə əsasən möhkəm kapital mövqeyini özündə əks etdirir.
Bundan başqa, agentlik hesab edir ki, “Azsığorta” rəqiblərinin güclü təzyiqi ilə bazarda uyğun mövqe tuta bilməyib.
“2019-cu ildə “Azsığorta”nın avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından daxilolmaları 2018-ci ildə nisbətən 13% azalıb, şirkətin bazar payı 3%-dən 2%-ə düşüb. Sığortaçı sözügedən sığorta növü üzrə əsas kanallarını itirib”, – deyə açıqlamada qeyd olunub.