13 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

“Fitch” “Azsığorta”la əməkdaşlığı dayandırır

“Azsığorta” ASC “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı dayandırır.

Bu barədə şirkətə istinadən xəbər verilir.

Məlumatda deyilir ki, koronavirus (COVID-19) pandemiyası nəticəsində sığorta bazarındakı çalxalanmalar şirkətin beynəlxalq reytinqə malik olmasının əhəmiyyətini azaldıb. Xərclərin optimallaşdırılması, xarici valyutada ödənişlərin azaldılması məqsədilə əməkdaşlığının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.

Xatırladaq ki, indiyə qədər “Fitch” “Azsığorta”nın maliyyə gücü reytinqini “B” səviyyəsində müəyyən edib, reytinq üzrə proqnoz “Stabil” olub.

Son xəbərlər
Oxşar xəbərlər
X