“Fitch” beynəlxalq reytinq agentliyi Bakıda növbəti illik konfransını keçirməyə hazırlaşır.
Bu barədə APA-ya reytinq agentliyindən məlumat verilib.
Bildirilib ki, növbəti illik konfrans martın 1-də baş tutacaq. Konfransda Azərbaycan və onun bank sektorunda cari vəziyyət müzakirə olunacaq, “Fitch” analitikləri ilə ünsiyyət imkanı yaranacaq.
Qeyd edək ki, reytinq agentliyi ötən il martın 16-da Bakıda illik konfrans keçirib.