2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının 3 mlrd. manat həcmində toksik aktivləri təmizlənib. Toksik aktivlərin balansdan çıxarılması nəticəsində riskli aktivlərin həcmi də azalıb. Manatın devalvasiyasına baxmayaraq yuxarıda qeyd edilənlər bankın adekvatlıq əmsalının 12% civarında qorunub saxlanmasına imkan verib. Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub.
Agentliyin analitikləri qeyd edir ki, toksik aktivlərin təmizlənməsinə baxmayaraq bankın hələ də 3 mlrd. manatdan çox problemli aktivləri var. Bununla yanaşı, 2016-cı ildə baş tutması gözlənilən 500 mln. manatlıq kapital artımı ilə yanaşı əlavə olaraq problemli aktivlər də balansdan çıxarılmalıdır ki, bankın ödəmə qabiliyyətini tam olaraq bərpa etmək mümkün olsun.
APA