“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının uzunmüddətli defolt emitenti reytinqini “BB”-dən “BB-” səviyyəsinədək endirib.
Bu barədə agentliyin yaydığı məlumatda deyilir.
Reytinq üzrə proqnoz neqativdir. “Fitch” bildirir ki, reytinqin endirilməsinə səbəb hökumət tərəfindən banka veriləcək dəstəyin zəifləməsidir.
“Maliyyə Nazirliyi bankın nizamnamə kapitalında iştirak payını 51,1%-dən 80%-dək qaldırıb. Bundan başqa, yanvar ayında bankın 3 mlrd. manat səviyyəsində olan problemli aktivlərinin təmizlənməsi prosesi yekunlaşıb. Problemli aktivlərin təmizlənməsinə baxmayaraq, kredit portfelində yüksək dollarlaşma səviyyəsi bankın aktivlərinə təzyiqlərin yüksək səviyyədə olmasına səbəb olur. Problemli kreditlərin bankın ümumi kredit portfelində xüsusi çəkisi 7% təşkil edir. Hesab edirik ki, yaxın gələcəkdə bankın rentabelliyi bərpa olunmayacaq“, – deyə məlumatda bildirilir.
APA-Economics