4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Fitch Böyük Britaniyanın kredit reytinqini ‘AA-‘ səviyyəsinə endirib

“Fitch Ratings” beynəlxalq agentliyi Böyük Britaniyanın uzunmüddətli emitentin defolt reytinqini ‘AA-‘ səviyyəsinə endirib və reytinq üzrə proqnozu mənfi olaraq təsdiqləyib.

Kredit reytinqinin aşağı salınması dövlət maliyyə resurslarının ölkədə yayılmaqda olan koronavirusla mübarizə ölçülərinə xərcləndiyi üçün əhəmiyyətli dərəcədə zəifləməsini əks etdirir. Bundan əlavə, reytinqdə düşüş “Brexit”dən sonra Böyük Britaniyan və Avropa İttifaqı arasında olan ticarət əlaqələrinin uzun sürən qeyri-müəyyənliyi də əks etdirir.

Qeyd edək ki, “Fitch Ratings”in proqznolarına görə, bu il ölkə iqtisadiyyatı 4% kiçilə bilər, amma 2021-ci il üçün proqnoz daha urəkaçandır və 3% böyümə vəd edir.

©APA

Son xəbərlər
Oxşar xəbərlər