“Fitch” beynəlxlaq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Bu barədə agentlik məlumat yayıb.
Məlumatda həmçinin deyilir ki, reytinq səhmdar cəmiyyətinin 2026-cı ilə qədər dövriyyədə olacaq, Azərbaycan Respublikasının tam təminatlı (BB+/Stabil) 2 milyard ABŞ dolları məbləğində avrobondlara dair dəyişməz mövqeyi əks etdirir.
“Azərbaycan hökuməti SGC-nin istiqraz sahiblərinə tam və vaxtında geriyə ödəniş təminatı verdiyi üçün qiymətli kağızların reytinqi Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqi ilə eyniləşdirilib. İstiqraz sahibləri SGC-yə qarşı hüquqi tədbir görmədən birbaşa dövlətə qarşı iddialarını təmin edə bilərlər. Zəmanət, ingilis qanunları ilə tənzimlənir və bütün digər təminatsız xarici suveren borclarla eyni səviyyədədir. Tarixən, 2016-2020-ci illərdə dövlət büdcələrində zəmanət üçün ehtiyatlar ayrılıb və biz bu təcrübənin davam edəcəyini gözləyirik”, – agentlik qeyd edib.