21 C
Baku
Friday, September 30, 2022

Fitch: FED-in uçot dərəcəsini artırması manata birbaşa təsir etməyəcək

ABŞ-ın Federal Ehtiyyat Sisteminin (FED) dünən uçot dərəcəsinin artırılması ilə bağlı qəbul etdiyi qərar Azərbaycan manatının məzənnəsinə birbaşa təsir etməyəcək.

“Report” xəbər verir ki, bunu “Fitch” beynəlxalq reytinq agentliyi bəyan edib.

Qurumda hesab edirlər ki, uçot dərəcəsinin artımı yalnız dolayı yolla psixoloji təzyiq yarada bilər: “Yalnız neftin qiymətində ciddi dəyişiklik olarsa, bu, məzənnənin formalaşmasında rol oynaya bilər”.

Xatırladaq ki, dünənki qərarla FED uçot dərəcəsini 0,75-1,00%-dək artırıb.

Son xəbərlər
Oxşar xəbərlər