Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Fransanın suveren reytinqini “AA-“ səviyyəsində təsdiqləyib və proqnozu “mənfi”yə yeniləyib.
Müvafiq bəyanat agentliyin saytında dərc edilib.
Qeyd olunur ki, “Fitch” Fransanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqinin proqnozunu “stabil”dən “mənfi”yə dəyişdirib.
Agentlik bildirib ki, Fransanın reytinq göstəriciləri böyük və diversifikasiya olunmuş iqtisadiyyat, institutların səmərəliliyi və makromaliyyə sabitliyi ilə dəstəklənir.