10 C
Baku
Saturday, December 21, 2024

“Fitch” Fransanın reytinq üzrə proqnozunu “stabil”dən “neqativ”ə dəyişib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Fransanın xarici və milli valyutalarda uzunmüddətli emitentin defolt reytinqləri üzrə proqnozunu “stabil”dən “neqativ”ə dəyişib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Agentliyin press-relizinə görə, eyni zamanda, reytinqlər “AA-” səviyyəsində təsdiqlənib. Qısamüddətli reytinqlər “F1” səviyyəsində qalıb.

“Fitch” analitikləri daha böyük kəsir gözləyirlər ki, bu da dövlət borcunun kəskin artmasına gətirib çıxaracaq – 2028-ci ilə qədər ÜDM-in 118.5%-i qədər.

Onların hesablamalarına görə, 2024-cü ildə Fransa hökumətinin büdcə kəsiri ÜDM-in 6.1%-nə qədər artmalıdır ki, bu da hökumətin və “Fitch”in ÜDM-in yaz proqnozlarını əhəmiyyətli dərəcədə üstələyir.

Ekspertlər ölkənin 2025 və 2026-cı illərdə büdcə kəsiri ilə bağlı təxminlərini ÜDM-in 5.4%-nə çatdırıblar. 2026-cı ilin sonuna dövlət borcunun həcminin ÜDM-in 116.3%-i olacağı proqnozlaşdırılır. Bu, “AA” reytinqli dövlətlər arasında ikinci ən yüksək göstəricidir.

Agentliyin analitikləri iqtisadiyyatın indi 1.2%, 2026-cı ildə isə 1.3% artacağını proqnozlaşdırırlar.

Son xəbərlər
Digər xəbərlər