10 C
Baku
Sunday, December 22, 2024

Fitch: İKZF-in istiqrazlarının 80%-ni Mərkəzi Bank alır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) borcu daxili bazarda buraxılmış istiqrazlardan ibarətdir.

Banker.az xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi Fitch-in dünənki qeydində bildirilir.

Hazırda fondun dövriyyədə olan borcunun təxminən 80%-i Mərkəzi Bankın, qalanı isə kommersiya banklarının əlindədir.

2023-cü ilin sonuna fondun nağd vəsaiti 12.9 milyon manat təşkil edib və əsasən Mərkəzi Bankın nostro hesablarında saxlanılıb.

Əlavə likvid aktivlərə kommersiya banklarındakı 4.6 milyon manat depozit və 79.6 milyon manat dövlət istiqrazları daxildir.

Xatırladaq ki, 15 noyabr 2024-cü il tarixində “Fitch” tərəfindən uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BBB-/Stabil” səviyyəsində təsdiq edilib.

Son xəbərlər
Digər xəbərlər