10 C
Baku
Sunday, December 22, 2024

“Fitch” İKZF-in niyə mənfəətli olmasınının səbəbini açıqlayıb

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) qeyri-kommersiya xarakteri daşısa da, aşağı maliyyə xərcləri sayəsində mənfəətlidir.

Banker.az xəbər verir ki, bu barədə reytinq agentliyi “Fitch” bildirir.

2023-cü ildə fond kredit portfelinin tədricən genişlənməsi nəticəsində 23.2 milyon manat mənfəət əldə edib ki, bu da bir il əvvəlki 20.5 milyon manatdan çoxdur. İpoteka portfelinin keyfiyyəti sabitdir və problemli kreditlər ümumi portfelin 0.1%-dən azını təşkil edir.

Agentlik qeyd edir ki, İKZF davamlı olaraq dövlətin güclü dəstəyindən faydalanır. Fond sosial ipoteka proqramlarını maliyyələşdirmək üçün hər il dövlət büdcəsindən kapital inyeksiyaları alır və bu məbləğ 2023-2024-cü illərdə 175.4 milyon manat təşkil edib. Mərkəzi Bankın fondun istiqrazları üzrə geri alış zəmanəti də dəstək formalarından biridir. Hazırda Mərkəzi Bank fondun dövriyyədə olan istiqrazlarının təxminən 80%-nə sahibdir.

Fond ölkədə gəlir vergisindən azad olan dörd təşkilatdan biridir. Dövlət fondun istiqrazlarının xüsusi risk qrupu təsnifatı və məhsullarına görə dolayı dəstək verir ki, bu da onları kommersiya istiqrazları ilə müqayisədə banklar üçün daha cəlbedici edir. Fitch, tənzimləyici və siyasi dəstəyin ən azı orta müddətdə İKZF-yə güclü şəkildə dəstək olacağını gözləyir. Dövlət 2025-ci ildə 100 milyon manat maliyyə ayırmağı planlaşdırır ki, bu məbləğin çox hissəsi sosial ipoteka təminatı və KOS-lara subsidiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Agentlik əlavə edir ki, İKZF daxili istiqraz bazarının müntəzəm və ən iri iştirakçılarından biridir. Fitch-in fikrincə, fondun defoltu milli maliyyə sisteminə olan etimadı ciddi şəkildə zəiflədə və dövlətin digər dövlətə ağlı təşkilatlar üçün maliyyələşdirmənin mövcudluğuna və dəyərinə mənfi təsir göstərə bilər. Bununla belə, Azərbaycanın maliyyə bazarının ölçüsünün kiçik olması bu riski müəyyən qədər azaldır. Fondun xarici kapital bazarlarına çıxışı olmadığı üçün bu risk “güclü” olaraq qiymətləndirilir.

“Fitch” dövlətə bağlı qurumların meyarlarına əsaslanan dəstək reytinqi amillərinin qiymətləndirilməsi nəticəsində maksimum 60 baldan 50 bal toplanıb ki, bu da hökumətin İKZF-yə “əmin” fövqəladə dəstəyini göstərir. Bu, reytinqlərin Azərbaycanın reytinqləri ilə bərabərləşdirilməsinə səbəb olur.

“Reytinqlər yüksək siyasət əhəmiyyəti və dövlətlə sıx inteqrasiya nəticəsində dəstək amilləri ilə idarə olunur”.

Son xəbərlər
Digər xəbərlər