“Fitch”: İnkişaf etməkdə olan ölkələrdə bankların reytinqinə mənfi təzyiq qalmaqdadır

İnkişaf etməkdə olan ölkələrdəki bankların təxminən yarısının reytinqləri üzrə proqnoz “mənfi” olaraq qalır.

Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yeni hesabatında deyilir.

Hesabatda hər regionda bankların perspektivi nəzərdən keçirilib və 52 əsas bank sektoru üzrə maliyyə göstəriciləri ətraflı şəkildə göstərilib.

Qeyd olunub ki, “mənfi” proqnoz pandemiya səbəbindən bankların aktivlərinin keyfiyyətinə olan təzyiqi, eləcə də keçən il müşahidə olunan iqtisadi tənəzzüllərin ertələnmiş təsirini əks etdirir.

“İnkişaf etməkdə olan bazarların əksəriyyətində qeyri-işlək kreditlərin göstəricisinin artımı yalnız mülayim olub, bəzi bazarlarda isə hətta azalma müşahidə olunub. Eyni zamanda 2020-ci ildə kredit keyfiyyətindəki pisləşmənin qarşısı tənzimləmə və borcalanlar üçün borc yükünün yüngülləşdirilməsi ilə müəyyən dərəcədə alınıb. Lakin bu tədbirlər ya keçən ilin sonu sona çatıb, ya da bu il sona çatır. Bu, inkişaf etməkdə olan ölkələrdəki banklardan alınan kreditlərin keyfiyyəti üzərində davamlı təzyiqlərə səbəb ola bilər”, – hesabat müəllifləri hesab edirlər.

Bəzi hallarda “mənfi” proqnoz müəyyən inkişaf etməkdə olan ölkələrin və ana bankların reytinqləri üzrə proqnozu əks etdirir. 2020-ci ilin birinci yarısının sonundan bəri “Fitch” inkişaf etməkdə olan bazarlarda bankların reytinqlərini 8% aşağı salıb. 8% bankda isə eyni dövr üçün reytinq üzrə proqnozlar “mənfi”yə dəyişdirilib.

Hesabatda qeyd edildiyi kimi, “mənfi” proqnozların payı xüsusilə Latın Amerikasında (bank reytinqlərinin 80%-i), Yaxın Şərqdə və Afrikada yüksəkdir. Asiyada (Hindistan istisna olmaqla) və MDB-də (Belarus və Ermənistan istisna olmaqla) əhəmiyyətli kapital və likvidlik ehtiyatları, reytinqlər üzrə möhkəmlik dərəcəsi və dövlət dəstəyi sayəsində “sabit” proqnozlar üstünlük təşkil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.