12 C
Baku
Saturday, November 9, 2024

“Fitch” İpoteka Fondunun reytinqlərini “BBB-” səviyyəsində təsdiqləyib

“Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) xarici və milli valyutada emitentin defoltu üzrə uzunmüddətli reytinqlərini “BBB-” səviyyəsində təsdiqləyib.

 “Fitch”in AİF-in reytinqləri üzrə proqnozu isə “Sabit” olub. AİF-in reytinqləri Azərbaycanın suveren reytinqi ilə eyni səviyyədədir. Çünki fond dövlət sektoru təşkilatı kimi mənzil maliyyələşdirilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayır və onun fəaliyyətinə AMB vasitəsilə sərt nəzarət olunur.

Son xəbərlər
Digər xəbərlər