“Fitch Ratings” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) portfelinin keyfiyyətini stabil qiymətləndirir, çünki dəyərsizləşmiş kreditlərin həcmi 0,1 %-dən az təşkil edir.
Bu barədə “Fitch”ın fondun reytingini təsdiq edilməsi ilə bağlı məlumatında deyilir.
Bu il oktyabrın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun ümumi borcunun 85 %-ni ipoteka və təminatlı istiqrazlar təşkil edir.
“Mərkəzi Bank fondun ödənilməmiş borcunun 30 %-dən çoxunun istiqraz sahibidir, qalan hissəsi isə kommersiya banklarının əlindədir”, – məlumatda qeyd olunur.
Bu il oktyabrın 31-nə İKZF-in nağd vəsaiti 43,5 milyon manat təşkil edir və demək olar ki, hamısı Mərkəzi Bankın Nostro hesablarında saxlanılır. Əlavə likvid aktivlərə 39 milyon manatlıq kommersiya banklarındakı depozitlər və 92,2 milyon manatlıq dövlət istiqrazları daxildir.
“Fond qeyri-kommersiya təşkilatıdır və mənfəət əldə etmək onun məqsədi deyil, lakin aşağı xərcli maliyyələşdirmə ilə dəstəklənən mənfəətlik nümayiş etdirməkdə davam edir. 2021-ci ildə fondun kredit portfelinin 30 % artırılması hesabına onun mənfəəti bir əvvəllə müqayisədə 94,4 % artaraq 7,2 milyon manatdan 14 milyon manat çatıb”, – agentlik bəyan edib.
Fond mənfəət vergisindən azaddır.