13 C
Baku
Friday, November 22, 2024

“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yüksəldib

“Fitch” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib.

Fondun məlumatına əsasən, bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib.

Reytinq üzrə proqnoz “Sabit”dir.

“Fitch”in mövqeyi Fondla dövlət arasında möhkəm əlaqənin olması, onun əlverişli mənzil təminatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini asanlaşdırmaqla biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyətindən irəli gəlir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər